Kimon

Kimon
yun. Κίμων
Kimonun büstü
Kimonun büstü
Doğum tarixi e.ə. 510
Doğum yeri
Vəfat tarixi e.ə. 450
Vəfat yeri
Atası Miltiad
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afinae.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi.

Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir.

Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir. Şəkilli dirəyin (q.yun. Ποικίλη στοά altında məşhur filosof Kitili Zenon dərs verirdi. İlk tədris verilən yerin adına görə bu məktəbin davamçıları stoiklər adlanırdı.

Daha sonralar xalqın Kimonun lakonofilliyini (Sparta aid hər şeyə hörmət və ehtiram bəsləmək) qəbul etməməsi, onun Tasos səfərində iştirakı, Messena müharibəsində Afinanın potensial düşməni Spartanı müdafiə etməsi və çirkli siyasi metodlardan istifadə etməsinə görə ostrakizmə məruz qalmış və bir müddət şəhərdən qovulmuşdur.

Kiprdə gedən hərbi əməliyyatlar zamanı ölən Kimon öz tərəfdaşlarına dərhal adanı tərk etməyi və onun ölümünü gizləməyi əmr etmişdi; bu əmr yerinə yetirilmişdi, nə onun düşmənləri, nə də müttəfiqləri heç nə barədə şübhəyə düşməmişdi. Geriyə qayıdan afinalılar Salamin yaxınlığında (əfsanəyə görə şəhərin əsasının Salamin adasından gəlmiş bir nəfər qoymuşdu) İran qoşunları qarşısında iki qələbə qazandılar. Qədim yunan tarixçisi Fanodemin yazdığına görə afinalılar "otuz gün əvvəl ölmüş Kimonun başçılığı altında" sağ-salamat Afinaya qayıtmışdılar.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search